Menyu

"Napoli" italiyali futbolçusu ilə müqaviləni uzadır

Əziz Əzizli
"Napoli" italiyali futbolçusu ilə müqaviləni uzadır
1 dəq oxu

Napoli" sağ cinah oyunçusu Matteo Politano ilə yeni sözləşmə imzalamağa hazırlaşır.

"Operativ Media" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər müqaviləni 3 illik uzatmaq üçün razılaşıblar. 30 yaşlı futbolçunun əvvəlki sözləşməsi isə 2025-ci ilin yayına qədər idi. 

Politano ilə klub prezidenti Aurelio de Laurentis şəxsən görüşüb.

Cari mövsümdə italiyalı vinger bütün yarışlarda 26 oyuna çıxıb, 7 qol vurub və 5 qolun ötürməsini verib.

Əlaqəli Xəbərlər