Menyu

Ramil Şeydayevin debüt edəcəyi tarix məlum oldu

Əziz Əzizli
Ramil Şeydayevin debüt edəcəyi tarix məlum oldu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Kocaelispor"da debüt edəcəyi vaxt məlum olub.

"Operativ Media" xəbər verir ki, o, Türkiyə I Liqasının XIX turunda "Eyüpspor"la oyunda meydana çıxa bilər. Bu barədə komandanın baş məşqçisi Ertuğrul Sağlam yerli mətbuata açıqlamasında bildirib. Mütəxəssis Ramilin oynamağa hazır olduğunu qeyd edib.

Şeydayev dünən "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

Yanvarın 20-də keçiriləcək "Kocaelispor" - "Eyüpspor" oyunu saat 20:00-da start götürəcək.

Teqlər:

"Ramil \u015eeydayevin deb\u00fct ed\u0259c\u0259yi tarix m\u0259lum oldu"

Əlaqəli Xəbərlər