Menyu

"Real Madrid"də oynadığı unudulan futbolçular - SİYAHI

Redaksiya
"Real Madrid"də oynadığı unudulan futbolçular - SİYAHI

"Real Madrid" həmişə heyətində dünyanın ən böyük ulduzlarını toplayan klubdur. Adından da göründüyü kimi: 'Los Galacticos'.

"Santyaqo Bernabeu"dan bir çox ulduz keçdi. Çoxlu pullar xərclənib, yalan deyil. Ancaq bəzilərinin adlarını sizə desələr və keçmişdə "Real Madrid"də oynadıqlarını söyləsələr, "ciddisinizmi?  Xatırlaya bilmədim" deyə bilərsiniz.

 Bəziləri klubun akademiyasından çıxıb uğurlu ola bilmədi, bəziləri isə transfer dilib uğursuz oldu.

Pedro Munitis Sporting Lizbon vs Real Madrid 09.12.2000.

Pedro Munitis

İspaniyalı 10 nömrə 

O, 2000-ci ildə "Rasinq Santander"dən 10,50 milyon avroya transfer olunub.

O, iki mövsüm oynayıb, 81 matçda 5 qol vurub və 11 məhsuldar ötürmə edib.

Çox da xatırlanmır.

Javier Portillo Thailand vs Real Madrid 08.12.2003

Xavier Portillo

"Real Madrid" akademiyasında yetişən ispaniyalı mərkəz hücumçusu 2000-ci ildə A komandasına yüksəldi.

O, Raul Qonzales və Fernando Morientes kimi ulduzların kölgəsində qalıb. 2004-cü ildə "Fiorentina"ya icarəyə verildi, bir daha kluba qayıtmadı.

O, adətən oyuna ehtiyat oyunçular skamyasından qatılırdı. O, 59 matçda 17 qol vurub, 1 məhsuldar ötürmə edib.

Oscar Minambres Milan vs Real Madrid 11.26.2002

Oskar Minambres

O da akademiyadandır.

İspan sağ cinah müdafiəçisi 37 matçda meydana çıxıb və 9 məhsuldar ötürmə edib.

O, 2002-2004-cü illərdə A komandasında oynayıb, daha sonra müvafiq olaraq "Espanyol" və "Herkules"ə icarəyə verilib.

Onu xatırlayan çox olmayacaq.

Ruben Gonzalez Thailand vs Real Madrid 08.10.2003

Ruben Qonzales

2002-ci ildə A komandasına yüksələn ispan müdafiəçi cəmi 4 mövsüm "Real Madrid"də keçirsə də, cəmi 8 matçda meydana çıxıb və 5 dəfə ilk 11-də olub.

Akademiyadan çıxanlar arasında iz buraxa bilməyib unudulub.

Cristoph Metzelder Real Madrid vs Barcelona 05.02.2009

Kristof Metzelder

O, 2007-ci ildə "Borussiya Dortmund"dan "Santyaqo Bernabeu"ya keçib.

O, 3 mövsüm bənövşəyi-ağ formanı geyinib, lakin 20 matçda yalnız 11 dəfə start heyətdə  oynaya bilib.

Həmin vaxt Avropanın ən yaxşı müdafiəçiləri sırasında olan alman futbolçu "Real Madrid"də çox da yadda qalmayıb.

Teqlər:

"\"Real Madrid\"d\u0259 oynad\u0131\u011f\u0131 unudulan futbol\u00e7ular - S\u0130YAHI"

Əlaqəli Xəbərlər