Menyu

"Qarabağ"ın "Qəbələ" ilə oyunu təxirə salındı

Əziz Əzizli
"Qarabağ"ın "Qəbələ" ilə oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasında 23-cü turun oyun cədvəli məlum olub.

"Operativ Media" xəbər verir ki, “Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb.

Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək.

Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.

17 fevral (şənbə)

“Sabah” – “Kəpəz”

“Bank Respublika Arena”, 16:00

“Səbail” – “Araz-Naxçıvan”

“ASCO Arena”, 18:30

18 fevral (bazar)

“Sumqayıt” – “Turan Tovuz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30

“Neftçi” – “Zirə”

“Neftçi Arena”, 18:00

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər