05 Dekabr 2022, 12:48
Rusiya neftinə qoyulan embarqo "Brent"in qiymətini qaldırıb
Aİ və G7 ölkələrinin Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan yuxarı həddi tətbiq edilməsi barədə qərarının qüvvəyə minməsindən sonra neftin qiyməti yüksəlib.
"Operativ Media" "BBC"yə istinadən xəbər verir ki, Brent markalı neft Asiya ölkələrinin bazarlarında bir barel üçün 86 dollardan yuxarı qiymətə satılır ki, bu da məhdudiyyətlərin tətbiqindən əvvəlki qiymətdən təxminən 1% çoxdur.