19 Yanvar 2024, 12:25
"Şamaxı" "Turan Tovuz"un müdafiəçisini icarəyə götürdü

“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
"Operativ Media" xəbər verir ki, Şamaxı şəhər təmsilçisi növbəti transferini reallaşdırıb. “Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırov mövsümün sonuna qədər icarə əsasında "Şamaxı"da çıxış edəcək.
Xatırladaq ki, "Şamaxı" daha öncə Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.