Menyu

Ramil Şeydayev "Eyüpspor" matçına ehtiyatda başlayır

Əziz Əzizli
Ramil Şeydayev "Eyüpspor" matçına ehtiyatda başlayır
1 dəq oxu

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası "Kocaelispor" öz meydanında lider "Eyüpspor"u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ramil Şeydayev bugünkü görüşdə "Kocaelispor"da debüt edə bilər. Onun adı ehtiyat oyunçular sırasındadır.

Arda Turanın çalışdırdığı "Eyüpspor"da çıxış edən Azərbaycanın U-21 millisinin sabiq üzvü Taşkın İlter isə zədə səbəbindən bu oyunda iştirak etməyəcək.

Əlaqəli Xəbərlər