Azərbaycan PL: "Sabah" "Neftçi"yə qarşı
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır.
"Operativ Media" xəbər verir ki, qış fasiləsinə 19-cu turun oyunları ilə yekun vurulacaq.
Yeni ilin ilk oyun günündə bir qarşılaşma baş tutacaq. “Sabah” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq.
“Səbail” – “Zirə” və “Kəpəz” – “Turan Tovuz” oyunları sabah, “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” matçları isə yanvarın 23-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
19-cu tur
21 yanvar
“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Nicat İsmayıllı
“Ban Respublika Arena”, 16:00
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net