http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan yığması ilin ilk yarışında 7 medal qazanıb

22 Yanvar 2024 , 10:34
Azərbaycan yığması ilin ilk yarışında 7 medal qazanıb

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kubokuna yekun vurulub.

"Operativ Media" xəbər verir ki, Azərbaycan yığması ilin ilk yarışını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) gənclər arasında qalib adına yiyələnib. Onlar finalda müvafiq olaraq, Ema Andela Zaja (Xorvatiya), Yekaterina Kornilova və Kira Leonovanı (hər ikisi Rusiya) məğlub ediblər.

Böyüklərin yarışında Aynur Rzayeva (81 kq) həlledici görüşdə xorvatiyalı Lusiya Bilobrka uduzaraq, ikinci yeri tutub.

Digər boksçularımızdan Marjona Savriyeva (50 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) bürünc medala sahib olublar.

Yığmamız bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.

Qeyd edək ki, Millətlər kubokunda 10 ölkədən 102 boksçu mübarizə aparıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi

"Fənərbaxça"nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

"Fənərbaxça"nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

"Qarabağ" - "Malmö" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Malmö" matçının biletləri satışa çıxarılır

XƏBƏR LENTİ
  • 11:14

    Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub
  • 11:10

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 11:08

    Azərbaycan UEFA reytinqində gerilədi
  • 11:06

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib
  • 10:48

    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
  • 10:34

    İranda 193 nəfərdə Denge virusu aşkarlanıb
  • 10:22

    Mher Qriqoryan: Ermənistan-Rusiya münasibətlərində problemlər var
  • 10:17

    Qaraçuxur qəsəbəsində evdən 17 700 manat pul oğurlanıb
Menyu