22 Yanvar 2024, 12:48
"Araz-Naxçıvan" futbolçusunu icarəyə verdi

“Araz-Naxçıvan”ın müdafiəçisi Nihat Qurbanlı icarə əsasında MOİK-in heyətində çıxış edəcək.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, futbolçu cari mövsümün sonuna – mayın 31-nə qədər Birinci Liqa təmsilçisinin heyətində yer alacaq.