Menyu

Azərbaycan Premyer Liqası reytinq cədvəlində 1 pillə irəlilədi

Əziz Əzizli
Azərbaycan Premyer Liqası reytinq cədvəlində 1 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü il üçün dünya ölkələrinin liqalarının reytinqini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, 100 ölkənin adının daxil olduğu siyahıda Azərbaycan çempionatı da yer alıb.

Reytinqdə ilk 10-luq müvafiq olaraq İtaliya (1619,5 xal), İngiltərə (1567), İspaniya (1447), Braziliya (1290,5), Almaniya, (1282,75), Fransa (1143,25), Portuqaliya (1097), Nİderland (1049,75), Belçika (1004, 75) və Argentinaya (966,5) məxsusdur. 

Azərbaycan çempionatı (429,75) ötən illə müqayisədə 1 pillə irəliləyişə nail olub. Hazırda Misli Premyer Liqası reytinqdə 40-cı yeri tutur. Azərbaycan liqasından bir pillə öndə - 39-cu sırada Yaponiya (438,5) qərarlaşıb. 41-ci yerdə olan ölkəmizin ən yaxın izləyicisi isə Albaniyadır (410,5).

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər