Menyu

İtaliya superkubokunun qalibi bəlli oldu

Əziz Əzizli
İtaliya superkubokunun qalibi bəlli oldu
1 dəq oxu

İtaliya superkubokunun qalibi müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, həlledici oyunda “İnter” və “Napoli” qarşılaşıblar.

Oyunun taleyini bir qol həll edib. Lautaro Martinesin vurduğu qol komandasına növbəti titulu qazandırıb.

“İnter” ardıcıl 3-cü, bütövlükdə isə 8-ci dəfə superkubokun qalibi olub. Bu baxımdan rekord “Yuventus”a məxsusdur – 9.

İtaliya superkuboku

Final

22 yanvar

Napoli – İnter 0:1

Qol: Lautaro Martines, 90+1

Əlaqəli Xəbərlər