Menyu

İspaniyalı futbolçu Azərbaycanda çıxış edə bilər

Əziz Əzizli
İspaniyalı futbolçu Azərbaycanda çıxış edə bilər
1 dəq oxu

İspaniyanın "Burqos" klubunun futbolçus Kurro Sançes karyerasını Azərbaycanda davam etdirə bilər.

"Operativ Media" xəbər verir ki, 28 yaşlı cinah müdafiəçisi Premyer Liqadan bir klubun diqqət mərkəzindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə Kurroya Polşa, Portuqaliya, Yunanıstan və Türkiyədən təkliflərin olduğu bildirilir. Türkiyədən "Beşiktaş" müdafiəçinin xidmətində maraqlıdır.

Kurro bu mövsüm 23 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun "Burqos"la müqaviləsi mövsümün sonunda başa çatır.

Əlaqəli Xəbərlər