http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırdı

23 Yanvar 2024 , 15:54
"Araz-Naxçıvan" növbəti transferini reallaşdırdı

“Araz-Naxçıvan” dövrələrarası fasilədə heyətini gücləndirməyə çalışır.

"Operativ Media" xəbər verir ki, Naxçıvan təmsilçisi Ramin Nəsirli ilə anlaşıb. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə “6 ay + 1 il” müddətinə anlaşma imzalanıb. “Neftçi”nin yetirməsi olan R.Nəsirli bir müddət Latviyanın güclülər dəstədində iştirak edən “Daugavpils” klubunda legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb. “Araz-Naxçıvan”a keçidi ilə bağlı R. Nəsirli klubun saytına bunları deyib: “Baş məşqçi ilə görüşdük, məni komandada görmək istədiyini bildirdi. Dəvətə və etimada görə ona təşəkkür edirəm. Üzərimdə çalışacam, məqsədim əsas komandada meydana çıxmaq, daimi oynamaqdır. Bilirəm, mövqeyimdə rəqabət var, ancaq bura ehtiyatda oturmaq üçün gəlməmişəm. Başqa klublardan da təkliflər var idi. Latviyadan və yerli klublarımızdan dəvət almışdım, ancaq “Araz-Naxçıvan”ın oyun üslubu daha cəlbedici olduğuna görə, bu komandanı seçdim. Kollektiv də məni mehriban qarşıladı. Artıq iki məşqdə iştirak etmişəm. Gördüklərim məni qane edir”. 

Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl qış transfer dövründə İldar Alekperovu “Sabah”dan icarəyə götürüb.

OXŞAR XƏBƏRLƏR
Məşhur insayder Qurban Qurbanovdan yazdı - FOTO

Məşhur insayder Qurban Qurbanovdan yazdı - FOTO

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"ə qarşı

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"ə qarşı

Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi

XƏBƏR LENTİ
  • 13:23

    “Argus” MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib
  • 13:19

    Lukaşenko: Belarus öz istehsalı olan mobil telefon yaradacaq
  • 13:14

    Zərdabda silah-sursat tapılıb
  • 13:10

    İsraillə gərginlikdən sonra Livanın cənubunda 90 mindən çox insan evlərini tərk edib
  • 12:59

    Qətər Qəzza əhalisinə humanitar yardım üçün əlavə 100 milyon dollar ayıracaq
  • 12:42

    DİM növbəti buraxılış imtahanlarının proqramları dərc edib
  • 12:35

    Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH
    Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH
  • 12:28

    Fergus Auld Anım Günü ilə bağlı paylaşım edib
Menyu