Menyu

"Braqa" Portuqaliya Liqa kubokunda finala yüksəldi

Əziz Əzizli
"Braqa" Portuqaliya Liqa kubokunda finala yüksəldi
1 dəq oxu

Portuqaliya liqa kubokunda yarımfinal görüşləri keçirilir.

"Operativ Media" xəbər verir ki, ilk yarımfinal görüşündə “Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi “Braqa” “Sportinq”lə üz-üzə gəlib.

Doğma meydanda 1:0 hesablı qələbə qazanan “Braqa” finala yüksəlib.

Digər yarımfinal görüşündə sabah “Benfika” və “Eştoril” komandaları qarşılaşacaqlar.

“Qarabağ”ın “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü bir həftə sonra Bakıda olacaq

Əlaqəli Xəbərlər