Suriya millisi pley-offa yüksəldi, duyğulu anlar yaşandı - VİDEO
Əziz Əzizli
Qətərdə keçirilən Asiya Kubokunda böyük sürpriz olub.
"Operativ Media" xəbər verir ki, Hektor Kuperin baş məşqçisi olduğu Suriya Milli Futbol Komandası qrupdakı son matçında Hindistanı 1-0 məğlub edərək xalını 4-ə yüksəldib və 1/16 final mərhələsinə yüksəlməyi bacarıb. Suriya tarixində ilk dəfə bu uğura imza atıb.
Suriya qrupunda ilk oyununda Özbəkistanla heç-heçə edib, ikinci oyununda isə Avstraliyaya 1:0 hesabı ilə uduzub.
Suriya Milli Futbol Komandasının tarixi uğurundan sonra duyğulu anlar yaşanıb. Suriya yığmasının çalışdırıcısı Hektor Kuperin tərcüməçisi və müxbiri matçın sonunda verdiyi müsahibədə göz yaşlarını saxlaya bilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net