Menyu

Qurban Qurbanov: "Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik"

Əziz Əzizli
Qurban Qurbanov: "Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanıb.

"Operativ Media"nın məlumatına görə, baş məşqçi Bundesliqanın lideri “Bayer”in düşərgəsində səfərdədir.

O, Leverkuzen təmsilçisinin hazırlıq prosesini izləyib. Qurban Qurbanov “Bayer”in baş məşqçisi Xabi Alonso ilə də görüşüb.

Mütəxəssis səfərin məqsədi barədə klubun rəsmi saytına açıqlama verib:

“Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. “Bayer”in oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi. Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim”.

Qurbanov Almaniya səfərinin ilk gününü faydalı hesab edir: “Bayer”in bugünkü məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik. Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı”.

Teqlər:

"Qurban Qurbanov: \"Pep Qvardiola Karlo An\u00e7elotti Joze Mourinyo v\u0259 dig\u0259rl\u0259ri il\u0259 ba\u011fl\u0131 s\u00f6hb\u0259t etdik\""

Əlaqəli Xəbərlər