Menyu

Coşqun Diniyevin komandası Nikolas Anelkanı gətirir

Əziz Əzizli
Coşqun Diniyevin komandası Nikolas Anelkanı gətirir

2004-2005 mövsümünün fasiləsində "Fənərbağça" tərəfindən transfer edilən Nikolas Anelka 1,5 il "sarı-lacivertli" klubda  çıxış edib.

"Operativ Media" xəbər verir ki, 2016-cı ildə futboldan ayrılan Nikolas Anelka 18 ildən sonra Türkiyəyə qayıtmağa hazırlaşır.

44 yaşlı Nikolas Anelka Trendyol 1-ci Liqa komandalarından biri olan "Ümraniyespor"un yeni baş direktoru olur.

“Ümraniyespor” da gecə saatlarında Nikolas Anelka ilə bağlı paylaşım edərək xəbəri təsdiqləyib.

Fransız futbolçunun gün ərzində İstanbula gələcəyi gözlənilir

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev "Ümraniyəspor" klubunun şərəfini qoruyur.

Teqlər:

"Co\u015fqun Diniyevin komandas\u0131 Nikolas Anelkan\u0131 g\u0259tirir"

Əlaqəli Xəbərlər