Menyu

Tunis millisinin baş məşqçisi istefa verdi

Əziz Əzizli
Tunis millisinin baş məşqçisi istefa verdi
1 dəq oxu

Afrika Millətlər Kubokunda növbəti baş məşqçi istefası gerçəkləşib.

"Operativ Media" xəbər verir ki, Tunis yığmasını çalışdıran Jalel Kadri istefa verib. 52 yaşlı mütəxəssis bu barədə CAR-la matçdan (0:0) sonra keçirilən mətbuat konfransında məlumat verib.

Tunis seçməsi E qrupunu 2 xalla sonuncu pillədə başa vurub və turnirlə vidalaşıb.

Qeyd edək ki, Fil Dişi Sahili və Qana milli komandalarının da baş məşqçiləri istefaya göndərilib

Əlaqəli Xəbərlər