25 Yanvar 2024, 16:28
"Neftçi" klubu 2200 manat cərimələndi
"Neftçi" klubu 2200 manat cərimələndi şəkil
"Neftçi" klubu 2200 manat cərimələndi

İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.

“Səbail” – “Zirə” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilib.

“Kəpəz” – “Turan Tovuz” oyununun 9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 88 nömrəli futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Turan Tovuz” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib

Son xəbərlər
Görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?
Böyük Dəbilqə: Azərbaycan turniri medalsız başa vurdu
Prezident: Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi böyük məmnunluq doğurur
Məhkəmə Əkrəm İmamoğlu barəsində həbs qərarı verib
İlham Əliyev Şahbaz Şərifi təbrik edib