Menyu

Türkiyəli qapıçı "Mançester Yunayted"in tarixinə düşdü

Əziz Əzizli
Türkiyəli qapıçı "Mançester Yunayted"in tarixinə düşdü
1 dəq oxu

Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin “Mançester Yunayted” klubunun tarixinə düşüb.

"Operativ Media" xəbər verir ki, o, bu komandanın “Nyuport Kaunti”yə qarşı keçirdiyi ölkə kubokunun 4-cü tur oyununun start heyətində yer alıb.

Bununla da Altay “qırmızı şeytanlar”ın heyətində meydana çıxan ilk türkiyəli oyunçuya çevrilib.

Qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılan Mançester təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Əlaqəli Xəbərlər