29 Yanvar 2024, 10:12
"Qarabağ" rekorda imza ataraq "Neftçi"ni qabaqladı
"Qarabağ" rekorda imza ataraq "Neftçi"ni qabaqladı şəkil
"Qarabağ" rekorda imza ataraq "Neftçi"ni qabaqladı

Qarabağ” Misli Premyer Liqasının 2023/24 mövsümündə 50-ci qolunu vurub.

"Operativ Media" PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, 20-ci turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib. Ağdam klubunun yubiley qoluna Toral Bayramov imza atıb.

“Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur. Bölgə təmsilçisi 14 dəfə “50”yə çatan “Neftçi”ni arxada qoyub.

Ümumilikdə isə çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri buna nail olub. İndiyədək 17 klub belə məhsuldarlıq göstərib: “Qarabağ” – 15, “Neftçi” – 14, “Kəpəz” - 7, “Şamaxı” – 4, “Bakı”, “Turan”, “Şəmkir” – 3, “Karvan”, “Xəzər” S, “Xəzər Lənkəran” – 2, “Şüvəlan”, “Azəri”, “İnşaatçı” B, “Kürmük”, “Viləş”, “Sabah” və “Xəzri” – 1.

Son xəbərlər
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb
Pezeşkian: Kimi günahlandıracağımı bilmirəm
"Qalatasaray" "Antalyaspor"u 4 qolla məğlub etdi
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Suriyanın yeni lideri Konstitusiya layihəsini imzalayıb
Stiven Dauti: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır
Zelenski: Putin atəşkəs istəmir
Azərbaycan güləşçisi Avropa çempionu oldu