Menyu

"Qalatasaray" Lukas Torreyra ilə bağlı qərarını verdi

Əziz Əzizli
"Qalatasaray" Lukas Torreyra ilə bağlı qərarını verdi

"Qalatasaray"ın 2022-23 mövsümünün əvvəlində "Arsenal"dan 6 milyon avroya transfer etdiyi Lukas Torreyra göstərdiyi performansla azarkeşlərin sevimlisinə çevrilib.

"Qalatasaray"ın əsas heyət oyunçularından biri olan Lukas Torreyranın adı bir müddətdir transfer dedi-qodularına qarışsa da, "sarı-qırmızılı" klub futbolçu ilə bağlı qərarını verib.

"Operativ Media" "TRT Spor"a istinadən xəbər verir ki, , "Qalatasaray" Lukas Torreyra ilə yeni müqavilə imzalayıb.

Xəbərdə Lukas Torreyranın 2026-cı ilə qədər olan müqaviləsinin 2028-ci ilə qədər uzadıldığı bildirilib.

Bu mövsüm bütün turnirlər daxil 28 matçda iştirak edən Lukas Torreyra 2357 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə edib.

Teqlər:

"\"Qalatasaray\" Lukas Torreyra il\u0259 ba\u011fl\u0131 q\u0259rar\u0131n\u0131 verdi"

Əlaqəli Xəbərlər