"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən "Qəbələ"də çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
Onun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalar dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb. Kərimov baş menecer kimi klubla Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.