"Qalatasaray"ın baş məşqçisi rekorda imza atdı
Əziz Əzizli
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının tarixinə düşüb.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ölkə çempionatında ardıcıl 15 ev matçında qalib gələn ilk türkiyəli mütəxəssis olub. O.Burukun baş məşqçisi olduğu İstanbul təmsilçisi son olaraq 23-cü turda doğma meydanda "Qaziantep"ə 2:1 hesabı ilə qalib gəlib.
"Cim-Bom" Superliqada 60 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Fənərbaxça"nın da eyni xalı var.
Qeyd edək ki, O.Buruk 2022-ci ilin iyunundan "Qalatasaray"ı çalışdırır
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net