31 Yanvar 2024, 10:05
Veşoviç "Braqa" ilə ilk oyunu buraxacaq

UEFA-nın “Qarabağ”ın futbolçusu Marko Veşoviçə verdiyi cəzanın müddəti bəlli olub.
"Operativ Media" xəbər verir ki, Avropa futbol qurumu 32 yaşlı cinah müdafiəçisini bir oyun diskvalifikasiya edib.
Monteneqrodan olan oyunçu dekabrın 14-də İsveçin “Hakken” komandasını məğlub etdikləri (2:1) Avropa Liqasının qrup mərhələsinin VI turunun qarşılaşmasının 56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Veşoviç Portuqaliyada “Braqa”ya qarşı keçirəcəkləri pley-offun ilk oyununu buraxacaq. O, Bakıda gerçəkləşəcək cavab görüşündə komanda yoldaşlarına kömək edə biləcək.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.