Menyu

Azərbaycan boksçuları hazırlıq üçün Qazaxıstana yollanıb

Əziz Əzizli
Azərbaycan boksçuları hazırlıq üçün Qazaxıstana yollanıb

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb.

"Operativ Media" xəbər verir ki, yığma məşqçilər Ceyhun Abıyev və Ravşan Xocayevin rəhbərliyi altında Almatıda təlim-məşq toplanışı keçəcək.

Hazırlıqda əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edəcək. Məşqçilər korpusu Qazaxıstanda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq), Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hər üçü 67 kq), Mirşərif Kazımzadə (71 kq), Kamran Şahsuvarlı (75 kq) və Seyid Seyidovu (86 kq) yoxlayacaq.

Yerli boksçularla hazırlıqda sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bu gün start götürəcək toplanış fevralın 9-dək davam edəcək.

Teqlər:

"Az\u0259rbaycan boks\u00e7ular\u0131 haz\u0131rl\u0131q \u00fc\u00e7\u00fcn Qazax\u0131stana yollan\u0131b"

Əlaqəli Xəbərlər