Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan "Araz-Naxçıvan" - "Qəbələ" matçında ikincilərin gənc futbolçusu Emil Səfərov zədələnib.
"Operativ Media" xəbər verir ki, matçın 52-ci dəqiqəsində ikili mübarizə zamanı qolundan zədələnən futbolçu meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, davam edən matçda komandalar hərəyə 1 qol vurub.