31 Yanvar 2024, 18:47
Azərbaycanlı MMA döyüşçüləri və məşqçisi saxlanılıb
Azərbaycanlı MMA döyüşçüləri və məşqçisi saxlanılıb şəkil
Azərbaycanlı MMA döyüşçüləri və məşqçisi saxlanılıb

 Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri bulvarda törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.

Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

Son xəbərlər
MN həftəlik icmalını yayıb - VİDEO
23 Mart 2025, 15:27
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Azərbaycanın U-17 millisi Belarusa məğlub oldu
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?