Menyu

"Qəbələ" klubu 4500 manat cərimələndi

Əziz Əzizli
"Qəbələ" klubu 4500 manat cərimələndi

İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.

“Zirə” – “Sabah” oyununun 44-cü dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Elvin Camalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sabah” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib.

“Neftçi” – “Qəbələ” oyununun 59-cu dəqiqəsində “Qəbələ” klubunun 3 nömrəli futbolçusu Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” klubu 800 manat cərimə edilib.

“Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun 9 nömrəli futbolçusu Əyyub Allaş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qəbələ” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib

Teqlər:

"\"Q\u0259b\u0259l\u0259\" klubu 4500 manat c\u0259rim\u0259l\u0259ndi"

Əlaqəli Xəbərlər