Menyu

Latviya hökuməti ruslarla oynamağı qadağan edən qanun imzaladı

Əziz Əzizli
Latviya hökuməti ruslarla oynamağı qadağan edən qanun imzaladı

Latviya hökuməti öz ölkəsinin milli komandalarına Rusiya yığması ilə oynamağa qadağa qoyub.

"Operativ Media" xəbər verir ki, fevralın 1-də hökumət bunu rəsmi şəkildə qanuniləşdirib. Bundan sonra ölkə ərazisində Rusiya və Belarus idmançıları ilə birlikdə idman yarışı keçirilmək qadağandır. Həmin ölkənin yığma komandaları ilə başqa ərazilərdə oynamağa da icazə verilmir.

Qeyd edək ki, qadağa həm yeniyetmə, həm də əsas milli komandalara şamil edilir. Hətta Rusiya və Belarus idmançılarının neytral statusda çıxışı da qadağanı ləğv etmir.

Qanunun əsas məqsədi Ukrayna ilə həmrəyilyi ifadə etməkdir. Latviya hökuməti Rusiyanın “idman yolu ilə qəsbkarlığı qanuniləşdirmək” cəhdlərinin qarşısını almaq istəyir. Məhz bu qeyd qanunun izahında yazılıb

Teqlər:

"Latviya h\u00f6kum\u0259ti ruslarla oynama\u011f\u0131 qada\u011fan ed\u0259n qanun imzalad\u0131"

Əlaqəli Xəbərlər