Menyu

"Qalatasaray" Bakambunun satışından qazandığı pulu açıqlayıb

Əziz Əzizli
"Qalatasaray" Bakambunun satışından qazandığı pulu açıqlayıb
1 dəq oxu

Sedrik Bakambunun "Qalatasaray" macərası qısa sürdü. "Sarı-qırmızılar"ın 2023-24 mövsümünün əvvəlində transfer etdiyi Bakambu "Real Betis"lə anlaşıb. "Qalatasaray" transferi gecə saatlarında açıqlayıb.

"Operativ Media" xəbər verir ki,  "Qalatasaray" Sedrik Bakambunun transfer qiymətini açıqlayıb. "Sarı-qırmızılar"  açıqlamasında  konqolu hücumçunun 5 milyon avro zəmanətli qonorar və 5 milyon 50 min avro şərti bonus qarşılığında İspaniya komandasına keçdiyini bildirib.

"Sarı-qırmızılı" forma ilə bütün yarışlarda 16 matça çıxan Bakambu  2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər