Türkiyə millisinin hücumçusu İngiltərə klubunda - RƏSMİ
Əziz Əzizli
Türkiyə millisinin üzvü Enes Ünal İngiltərə Premyer Liqasında çıxış edəcək.
"Operativ Media" xəbər verir ki, "Bornmut" klubu 26 yaşlı hücumçunu mövsüm sonuna kimi icarəyə götürüb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Xetafe" klubu ilə müqavilədə satınalma bəndi də yer alıb. "Bornmut" futbolçunu mövsüm sonunda heyətinə qatmaq üçün 16,5 milyon avrosundan keçməli olacaq.
Qeyd edək ki, Enes Ünal "Xetafe" klubunda ağır zədə aldığından bu mövsümdə cəmi 3 qarşılaşmada forma geyinib.