Menyu

Həbs edilən Vüqar Kərəmovun vacib döyüşü təxirə salınır?

Redaksiya
Həbs edilən Vüqar Kərəmovun vacib döyüşü təxirə salınır?

Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmovun fevralın 24-də Yaponiyada keçiriləcək döyüşü təxirə salına bilər.

"Operativ Media" xəbər verir ki, buna səbəb ötən günlərdə Vüqar Kərəmovun barəsində xuliqanlıq itihamı ilə 1 ay 26 günlük həbs qətimkan tədbirinin seçilməsidir.

"Rizin" təşkilatı sosial media hesablarında döyüşün təxirə getməsi ilə bağlı paylaşım etməyib. Lakin Yaponiya İdman mediası bu qarşılaşmanın təxirə düşəcəyini istisna etmir.

Vüqar Kərəmov fevralın 24-də yaponiyalı idmançı Kazimasa Majima ilə qarşılaşmalıdır.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham edilib.

Məhkəmənin qərarı ilə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və 3 idmançı həbs olunub.

Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.

Teqlər:

"H\u0259bs edil\u0259n V\u00fcqar K\u0259r\u0259movun vacib d\u00f6y\u00fc\u015f\u00fc t\u0259xir\u0259 sal\u0131n\u0131r?"

Əlaqəli Xəbərlər