Menyu

Musa Qurbanlının komanda yoldaşı "Barselona"dan imtina etdi, "Tottenhem"i seçdi

Əziz Əzizli
Musa Qurbanlının komanda yoldaşı "Barselona"dan imtina etdi, "Tottenhem"i seçdi
1 dəq oxu

Azərbaycan millisinin üzvü Musa Qurbanlının İsveçin "Yurqarden" klubundan komanda yoldaşı Lukas Berqval "Barselona"ya keçməkdən imtina edib.

"Operativ Media" xəbər verir ki, İngiltərə Premyer Liqası komandası "Tottenhem" 18 yaşlı futbolçunu razı sala bilib. Bu haqda insayder Fabrizio Romano məlumat yayıb. 

İsveçli yarımmüdafiəçinin tezliklə tibbi müayinədən keçəcəyi bildirilir. Lakin Lukas Berqval London təmsilçisinə yayda qoşulacaq. 

"Tottenhem" 18 yaşlı futbolçu üçün "Yurqarden"ə 10 milyon avro ödəyəcək.

Əlaqəli Xəbərlər