Gürcüstan millisinin üzvü İngiltərə klubuna keçdi
Əziz Əzizli
İngiltərənin “Uotford” klubu Gürcüstan millisinin yarımmüdafiəçisi Georgi Çakvetadzeni birdəfəlik heyətinə cəlb edib.
"Operativ Media" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. “Uotford” hazırda ikinci liqa sayılan Çempionşipdə mübarizə aparır.
24 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Bunadək müqavilə ilə “Gent”ə (Belçika) məxsus olan futbolçunun transferi ingilislərə 2,5 milyon avroya başa gəlib.
Çakvetadze bu mövsümün birinci yarısında “Uotford”da icarə əsasında oynayıb. O, bütün turnirlərdə 25 oyunda meydana çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net