"Neftçi" serbiyalı hücumçu ilə güclənir
Əziz Əzizli
"Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
"Operativ Media" meridiansport.rs saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Serbiya millisinin hücumçusu Milan Pavkovla anlaşıb.
Bakı təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Feyxa” klubu ilə müqaviləsini pozan 30 yaşlı forvardla cari mövsümün sonunadək müqavilə imzalayacaq.
Qeyd edək ki, Milan Pavkov ölkəsinin “Srvena Zvezda” klubundakı çıxışı ilə tanınır. O, 2017-2022-ci illərdə çıxış etdiyi Belqrad təmsilçisində 106 oyuna 49 qol vurub. Futbolçu 2022-ci ilin yayından formasını geyindiyi “Əl-Feyxa” klubunda isə 26 matçda cəmi bir dəfə fərqlənib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net