Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
“Operativ Media”nın məlumatına görə, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev Komor adaları, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib.
Həlledici görüşdə belçikalı Matias Kasselə uduzan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Millinin digər üzvləri Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kiloqram) və Səid Mollayi (81 kiloqram) isə uğursuz nəticə göstəriblər.
Teqlər:
"Az\u0259rbaycan c\u00fcdo\u00e7usu \u201cB\u00f6y\u00fck D\u0259bilq\u0259\u201d turnirind\u0259 g\u00fcm\u00fc\u015f medal qazan\u0131b"