Qurban Qurbanov AQTA-nın layihəsinə qoşuldu - VİDEO
Əziz Əzizli
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "Şəkəri azalt, ömrünü uzat" kampaniyasına qoşulub.
"Operativ Media" xəbər verir ki, təcrübəli baş məşqçi bu haqda insanlara video müraciət ünvanlayıb. Video AQTA-nın sosial media hesablarında paylaşılıb.
Qurban Qurbanov hər kəsi bu kampaniyaya qoşulmağa çağırıb.