Azərbaycan millisi Belarus və Rusiya ilə qarşılaşacaq
Əziz Əzizli
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, yığma toplanış çərçivəsində beynəlxalq turnirdə iştirak edəcək.
U-17 fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq. Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də keçiriləcək.
Teqlər:
"Az\u0259rbaycan millisi Belarus v\u0259 Rusiya il\u0259 qar\u015f\u0131la\u015facaq"