Bakıda keçiriləcək beynəlxalq turnirin təqvimi bəlli oldu
Əziz Əzizli
Bakıda milli komandalar arasında keçiriləcək beynəlxalq turnirin təqvimi dəqiqləşib.
"Operativ Media" xəbər verir ki, FIFA-nın təşkilatçılığı ilə fərqli konfederasiyalardan olan yığmaların iştirakı ilə baş tutacaq mini-turnirdə 4 komanda hərəsi iki oyun keçirəcək.
Matçlar martın 22-də və 25-də gerçəkləşəcək. Azərbaycan yığması ilk oyununu Bolqarıstana, ikinci görüşünü isə Monqolustana qarşı keçirəcək.
Yoldaşlıq görüşü xarakteri daşıdığından, heç bir komanda qalib elan olunmayacaq və mükafat almayacaq. Qarşılaşmaların hansı stadionda keçiriləcəyi və başlama saatı hələlik bəlli deyil.
22 mart
Azərbaycan – Bolqarıstan
Tanzaniya – Monqolustan
25 mart
Azərbaycan – Monqolustan
Tanzaniya – Bolqarıstan
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net