Menyu

"Qarabağ"ın futbolçusu 250-ə çatdı

Əziz Əzizli
"Qarabağ"ın futbolçusu 250-ə çatdı

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, onun yubiley matçı Azərbaycan Premyer Liqasının XXI turunda baş tutub.

33 yaşlı müdafiəçi “Səbail”lə səfər qarşılaşmasında meydana çıxıb. Bədavi 250 görüşdə 4 qola imza atıb.

O, Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. Hüseynov bütün qollarını Ağdam klubunda vurub.

Qeyd edək ki, Bədavi Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edib. “Sumqayıt”ın müdafiəçisi 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) debüt edib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər