06 Fevral 2024, 13:23
Azərbaycan millisinin Millətlər Liqasında potensial rəqibləri bəlli oldu

Fevralın 8-də Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/25-ci illər mövsümünün püşkatması keçiriləcək.
"Operativ Media" AFFA-nın saytına istinadən xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan millisinin potensial rəqibləri məlumdur.
Yığmamız 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz