Menyu

"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxarılır

Əziz Əzizli
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxarılır

Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah saat 12:00-dan “iticket.az”da onlayn şəkildə satışa çıxarılacaq.

"Operativ Media" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah “iticket.az”da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Fevralın 8-də keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda “Qarabağ” qələbə qazanıb – 7:1.

Teqlər:

"\"Qaraba\u011f\" - \"Sabah\" mat\u00e7\u0131n\u0131n biletl\u0259ri sat\u0131\u015fa \u00e7\u0131xar\u0131l\u0131r"

Əlaqəli Xəbərlər