http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qurban Qurbanov səsvermədə iştirak etdi

07 Fevral 2024 , 12:56
Qurban Qurbanov səsvermədə iştirak etdi

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

"Operativ Media" "Azərtac" Dövlət Agentliyinə istinadən xəbər verir ki, səs verənlər arasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da olub.

Tanınmış mütəxəssis 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı seçki məntəqəsinə gələrək öz namizədinə səs verib.

Q.Qurbanov daha sonra öz təəssüratlarını "Azərtac"la bölüşüb: "Bu anı uzun zamandır gözləyirdik. Öz seçimimi etdim. Buraya gəlib səs verən hər kəs çox istəklidir, onların Vətənə sevgisi hiss olunur. Mən də bu ölkənin bir vətəndaşı kimi sevə-sevə öz səsimi verdim".

Qeyd edək ki, bu seçki məntəqəsində də yüksək seçici fəallığı müşahidə olunur. Seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxındır. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır. Səsvermə saat 19:00-da başa çatacaq. Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

XƏBƏR LENTİ
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Menyu