http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında mübarizə aparacaq

07 Fevral 2024 , 14:41
Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında mübarizə aparacaq

Fevralın 9-da Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatı start götürəcək.

"Operativ Media" xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi böyüklərin və yeniyetmələrin mübarizəsində qüvvəsini sınayacaq.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev qardaş ölkədə Cavad Ağayev (74 kq) və Milad Beiqi Harçeqaniyə (+87 kq) şans verəcək.

Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park Türkiyədə Minayə Əkbərova, Məryəm Məmmədova, Zemfira Həsənzadə, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) sınayacaq.

Əsas komanda dayanq üzərinə fevralın 13-14-də çıxacaq.

Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərov isə çempionatda Hüseyn Abbaslı (148 sm), Murad Canəliyev (152 sm), Əli Həsənzadə, Səid Feyzullayev (hər ikisi 156 sm), Anar Abdullazadə (160 sm), Rasif Hacıyev (164 sm), Novruz Əliyev, Əmirabbas Fəzlişahgoli (hər ikisi 168 sm), Çingiz Həsənov (172 sm), Sərxan Talıbzadə (176 sm), Zeynəb Səfərəliyeva (144 sm), Fatimə Zeynalova, Ruqayyə Əliyeva (hər ikisi 148 sm), Məryəm Cəfərova, İnci Muradova (hər ikisi 152 sm), Ləman Manafova, Fatimə İbişova (hər ikisi 156 sm), Gülnar Rəsulzadə, Gülay Əliyeva (hər ikisi 160 sm), Türkan Yuniszadə (164 sm) və Gülnaz Abdullayevanı (168 sm) yoxlayacaq. Bu yaş qrupu fevralın 9-10-da qüvvəsini sınayacaq.

ATF-in baş hakimi Gündüz Abdullayev, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva və Etibar İbrahimov isə yarışda ədaləti qoruyacaq.

Komandaya ATF-in vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.

Qeyd edək ki, Antalyaya yeniyetmələrdən ibarət yığma bu gün, böyüklər fevralın 12-də yollanacaq. Hər 2 komanda döyüşləri bitən günün ertəsi Bakıya qayıdacaq

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

XƏBƏR LENTİ
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Menyu