Menyu

Azərbaycan Kubku" "Zirə" "Səbail"i, "Qarabağ" "Sabah"ı qəbul edir

Əziz Əzizli
Azərbaycan Kubku" "Zirə" "Səbail"i, "Qarabağ" "Sabah"ı qəbul edir
1 dəq oxu

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

"Operativ Media" xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.

"Zirə" doğma meydanda "Səbail" klubunu qonaq edəcək. İlk matçda "Qartallar" 2-1 hesablı qələbəyə sevinmişdi.

Günün ikinci matçında isə "Qarabağ" "Sabah"ı qəbul edəcək. Ağdam təmsilçisi ilk qarşılaşmada 7-1 hesabı ilə qalib gələrək turu böyük ölçüdə adlamışdı.

Azərbaycan kuboku

1/4 finalın cavab oyunları

8 fevral

17:00. “Zirə” – “Səbail”

Zirə İdman Kompleksinin stadionu

İlk oyun – 2:1

20:00. “Qarabağ” – “Sabah”

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 7:1

Əlaqəli Xəbərlər