Menyu

"Qalatasaray"ın Derrik Köhnə ödəyəcəyi məbləğ bəlli oldu

Əziz Əzizli
"Qalatasaray"ın Derrik Köhnə ödəyəcəyi məbləğ bəlli oldu

Uzun müddətdir sol cinah müdafiə zonasında problem yaşayan “Qalatasaray” bir müddət əvvəl Ancelino ilə yollarını ayırmışdı.

"Operativ Media" "Hürriyyet"ə istinadən xəbər verir ki, ara transfer dövründə sol cinah müdafiəsini gücləndirmək istəyən "Qalatasaray" Derrik Köhn transferində klubu ilə razılıq əldə edib.

“Sarı-qırmızılar” həm “Hannover”, həm də Derrik Köhnlə anlaşıb. Digər tərəfdən alman sol cinah müdafiəçisinin maliyyə detalları da üzə çıxıb.

"Qalatasaray" Köhn ilə 3,5+1 illik müqavilə imzalayacaq.

Xəbərdə "sarı-qırmızılılar"ın alman sol cinah müdafiəçisi üçün "Hannover"ə 2,5 milyon avro ödəyəcəyi bildirilib.

"Qalatasaray"ın Derrik Köhnə illik 450 min avro maaş ödəyəcəyi qeyd edilib.

Bu mövsüm Bundesliqa 2-də 20 matça çıxan 25 yaşlı futbolçu 3 qol və 6 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər