Menyu

Hövsanda oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Hövsanda oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Fevralın 6-da səhər saatlarında Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd göstərən Ayxan Hacıyev Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onun qəsəbə ərazisində 3 mağazadan ümumilikdə 2500 manat dəyərində 2 ədəd mobil telefon, aksesuar, 1000 manat pul və 300 manat dəyərində ətir oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər