Menyu

"Uğur yolu" karyera inkişafı proqramının yarımfinal mərhələsi yekunlaşıb

Nərmin Qocamanlı
"Uğur yolu" karyera inkişafı proqramının yarımfinal mərhələsi yekunlaşıb

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki  qurumların əməkdaşları arasında keçirilən növbəti "Uğur yolu" 2023 karyera inkişafı proqramının yarımfinal mərhələsinin nəticələri açıqlanıb. Yarımfinal mərhələsində iştirak edən 94 nəfərdən 38-i finala vəsiqə qazanıb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, bu mərhələdə iştirakçılar 2 onlayn imtahana qatılıblar. Virtual otaqlarda müxtəlif tapşırıqlar əsasında komanda formasında yarışan əməkdaşların bilik və bacarıqları fərqli meyarlar əsasında qiymətləndirilib.

Müsabiqənin bütün mərhələlərini uğurla keçən iştirakçılar fərdi inkişaf proqramlarına  - müxtəlif təlimlər, kouçinq sessiyaları, Nazirliyin rəhbər vəzifəli şəxsləri ilə mentorluq proqramlarına cəlb olunacaqlar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd İqtisadiyyat Nazirliyinin əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı və peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasıdır.

Teqlər:

"\"U\u011fur yolu\" karyera inki\u015faf\u0131 proqram\u0131n\u0131n yar\u0131mfinal m\u0259rh\u0259l\u0259si yekunla\u015f\u0131b"

Əlaqəli Xəbərlər